Reklam

DİN İTV-nin polislə bağlı videosuna cavab verdi

Reklam

Daxili İşlər Nazirliyi bir neçə gün öncə “İctimai” televiziyada polisin fəaliyyətini tənqid edən və tibbi maskadan düzgün istifadə etməyən şəxslərin polis bölməsinə aparılmasının qanuni olub-olmadığını araşdıran materiala münasibət bildirib.

Atesh.az-ın verdiyi xəbərə görə, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, ölkəmizdə fəaliyyət göstərən bütün televiziya kanalları, o cümlədən də “İctimai” televiziya həmişə daxili işlər orqanlarının fəaliyyətini geniş işıqlandırıb:

“Polisin cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu tədbirlərin tamaşaçılara çatdırılmasında böyük əmək sərf ediblər. Ona görə də bütün mətbuat nümayəndələrinə, o cümlədən “İctimai” televiziyanın əməkdaşlarına daxili işlər orqanlarının şəxsi heyəti adından təşəkkürümüzü bildiririk. O ki qaldı qeyd olunan materialın guya sifariş əsasında hazırlanmasına, birmənalı olaraq bildiririk ki, belə fikirlər əsassızdır”.

Rəy yazın