
"Zəfər Salnaməsi" zəfərimizi qazanan qazi və şəhid ailələri üçün təşkil olundu
Bir ildir xalqımız torpaqlarımıza quldurcasına soxulmuş bədnam qonşular erməni vəhşiləri üzərində zəfərimizin sevincini yaşamaqdadı. 30 illik məğlubiyyətimizin qisasını düşmənlərimizdən mərdanəliklə, böyük şücaətlər hesabına, minlərlə şəhidimizin qanı və canı bahasına, qazilərimizin sağlamlıqları bahasına almış şanlı ordumuzun əsgər və zabitləri, şəhidlərimizin ailə üzvləri hər an, hər yerdə böyük hörmət və sayğıyla xatırlanır.
"Zəfər salnaməsi" adlanan belə tədbirlərdən biri də 22.11.2021- ci il tarixində Respubilika Tv-nin təsisçisi və direktoru, fəal ictimaiyyətçi xanım Ramilə Sultanın təşkilatçılığı ilə "Xudafərin" sadlıq sarayında kecirildi.
Ən əvvəl himnimiz səsləndirildi. Zəfərimizin qazanılmasında qanlarıyla torpağımızı sulayaraq canlarından keçmiş Vətənimizin qeyrətli və şücaətli övladları-şəhidlərin ölməz xatirəsi sayğı duruşu ilə yad olundu. Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planının tərkib hissəsi kimi təşkil edilmiş bu tədbir həqiqətən iştirakçılarda böyük məmnunluq yaratdı, zəfərimizin əsl səbəbkarlarına göstərilən sonsuz hörmətin və sayğının nümunəsi oldu.
Təşkil olunmuş tədbirin qonaqları arasında hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, Misirin,, Səudiyyə Ərəbistanının, Rumıniyanın Azərbaycandakı səfirləri, müxtəlif dövlət rəsmləri və media nümayəndələri də vardı.
Onu da deyək ki, tədbirin araya-ərsəyə gətirilməsimdə və rəngarən keçirilməsində sponsorlardan MİLLA şirkəti, İydə parfüm, Propolis bal şirkəti, Ag çiçəyim gül dükanı, Aycan Parfüm, Fantaziya 1, Büyük Fırat, Homegallery mebel salonunun əməyi və iştirakı, xüsusi diqqəti və qayğısı danılmazdır. Xüsusi olaraq, "Xudafərin" şadliq sarayının rəhbəri Siyavuş Əsgərov tədbirin möhtəşəm keçirilməsi üçün hər cür şərait yaratmış, süfrənin bol təamlarla zəngin olmasında təmənnasız yardım etmişdir. Adı çəkilən şirkətlərin məhsullarından ibarət müxtəlif hədiyyələr iştirakçılara paylanmışdır.
Daha sonra Ramilə xanım Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən medallarla təltif olunan Vətən müharibəsi iştirakçılarına və şəhidlərin ailə üzvlərinə diplom və müxtəlif hədiyyələr bağışladı.
Ən çox diqqəti cəlb edən məqam isə HOMEGALLERY mebel salonu tərəfindən 11 şəhid ailəsinə istənilən mebel dəstini almaları üçün verilən kuponlar oldu. BÜYÜK FİRAT restoranı da gözəl bir təşəbbüs irəli sürərək 38 müharibə iştirakçısını və qazini restoranlarında ailə üzvləri ilə bir arada pulsuz yeməyə dəvət etdi.
Millət vəkili Elnur Allahverdiyev tərəfindən bir şəhid ailəsinə hədiyyə olaraq televizor göndərilmişdi.
Tədbirin musiqili hissəsini İncəsənət işçilərinin vətənpərvərlik ruhunda, qələbəmizi vəsf edən mahnı və rəqsləri bəzədi. "Nərgiz" rəqs qrupu, Kənan Bayramli, Manaf Ağayev, xalq artisti Məleykə Əsədova, əməkdar artist Sevinc Sarıyeva , Nəzakət Məmmədova, Müdafiə Nazirliyi Həzi Aslanov adina ideoloji Mədəniyyət Mərkəzinimn solisti, baş gizir Səbinə Qasımova, əməkdar artist Nuriyyə Hüseynova, Şahin İsmayılov, Eldəniz Məmmədov və başqalarının ifaları bu məkanda əsl zəfər ab-havası yaratdı.
Zəfərimiz mübarək Azərbaycan, başın həmişə dik olsun şanlı ordum, gözün aydın qüdrətli xalqım, ruhlarınız şad olsun gözümüzün işığı, qəlbimizin əbədi sakinləri olan şəhidlərimiz.
Əməkdar Jurnalist Əntiqə Qonaq
Rəy yazın