
Yazıçı-publisist, terrorçuluqla mübarizə üzrə
ekspert Azər Hacıbəyli təklif edir:
"Azərbaycan həqiqətləri mərkəzləri" yaradaq!
"AZƏRBAYCAN HƏQİQƏTLƏRİ MƏRKƏZ"ləri
("AZƏRBAYCAN OCAQ"ları - xaricdə)
yaradılması zərurəti haqqında
Beləliklə, respublikamızın dövlət qurumları və özəl müəssisələrində Azərbaycan həqiqətləri, əlamətdar tarixi günlərimiz, Ermənistanın işğalçılıq siyasəti, erməni terroru, Qərbi Azərbaycandan mərhələli deportasiyalar, soyqırımlar, əsir və girovlarımız, Dağlıq Qarabağ məsələsinin mahiyyətinə dair məlumatları əhatə edən, şəhidlk, qəhrəmanlıq məktəblərimiz kimi mövzuları bir arada əhatə edəcək Mərkəzlərin (müəssisələrin spesifikasına uyğun olaraq maarifləndirici muzey-mərkəzlər, tematik adutoriyalar, lektoriyalar, sinif otaqları, guşələr) yaradılmasını təklif edirəm.
Bu sırada qeyd etmək istədiyim odur ki, sadaladığım mövzular üzrə bir çox yerlərdə ayrı-ayrı guşələr və s. mövcuddur. Mənim istədiyim isə bunları hamısını tam əhatə edəcək, səviyyəli, yeri gəlsə xarici qonaqlara göstərilməsi mümkün Mərkəzlərin yaradılmasıdır. Materialların baza hissəsi tərəfimdən elektron qaydada, mütəxəssislərin iştirakı ilə dizayn edələrək hazırlanmışdır. Elektron formada materilalları maraqlananlara təqdim edə bilərəm. Mərkəzdə Qarabağ adlı hissəyə xüsusi əhəmiyyət verilir. Mərkəzlər ilk növbədə ali və xüsusi məktəblərdə, akademiyalarda, orta məktəblərdə, turistlərin və əcnəbilərin çox gəldiyi obyektlərdə, otellərdə və s. yerlərdə qurulsa yaxşı olar.
Azərbaycan həqiqətləri, əlamətdar tarixi günlərimiz, Ermənistanın işğalçılıq siyasəti, erməni terrorçuluğu, Qərbi Azərbaycandan mərhələli deportasiyalar, soyqırımlar, əsir və girovlarımız, Dağlıq Qarabağ məsələsinin mahiyyətinə dair məlumatları əhatə edən, şəhidlk, qəhrəmanlıq məktəblərimiz kimi mövzuları əks etdirən Mərkəzin aparıcı dünya dillərinə tərcümə olunmuş variantda birincilər kimi Şəhidlər Xiyabanında qurulması və ya həmin ərazilərdəki müəssisələrdən birində təşkil edilməsi yaxşı olardı. Çünki dəfələrlə müşahidə etmişik ki, əcnəbi ziyarətçilər bu mövzularda kifayət qədər məlumat ala bilmirlər.
Qeyd edək ki, qrup halında vətənpərvər ziyalılarımız yerlərdə olurlar, vətənpərvərlik təbliğatı istiqamətində çoxlu işlər görürlər. Amma dediyim Mərkəzlərin, guşələrin olması məsələni daim göz qabağında edər, bu isə yeni ideyaların yaranmasına təkan verəcəkdir, düşüncəsindəyəm. Yaxın gələcəkdə diaspora fəallarımızın belə Mərkəzlərin dünyanın müxtəlif yerlərində qurulmasında iştirakı arzuolunandır.
Əziz soydaşlar! Təklif etdiyim məsələnin nə dərəcədə effekli olacağına inanıram, Sizlərlə görüşməyə, mülahizələrimi bölüşməyə, konstruktiv, yaradıcı təkliflərinizi bölüşməyə, müzakirə etməyə hazıram. KİV təmsilçiləri ilə görüşlərə, açıqlamalara hazıram. Təklif etdiyim məsələ dövlətimizin Azərbaycançılıq siyasətinə müvafiqdir, milli vətənpərvərlik təbliğatı yönündə, xüsusilə gənclərin tərbiyəsində mənim verə biləcəyim töhfədir. Bu istiqamətdə örnək ola biləcək təcrübənin misalı kimi Dövlət İdarəçilik Akademiyasında yaradılmış Qarabağ Araşdırmalar Mərkəzini (müəllif: professor Elçin Əhmədov) göstərə bilərəm.
Sizlərin bu məsələyə diqqətlə münasibət göstərib, konstruktiv təkliflər verəcəyinizi də istərdim (Mərkəzə aid materialların bir hissəsi əyani baxılması üçün hazırlanmışdır).
Rəy yazın