Reklam

Azərbaycan Vikipediyası, yoxsa beşinci kalonun ehtiyat təkəri? – Faiq İsmayılov yazır

Reklam

Vikipediya — İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediyadır. Vikipediya 2001-ci ildə yaranmasına baxmayaraq, hər gün daha çox məşhurluq qazanır. Məhz bunun nəticəsidir ki, internetdə Viki texnologiyası ilə işləyən ən nəhəng layihə Vikipediya onlayn ensiklopediyasıdır.

Bu texnologiya bizə şərait yaradır ki, ölkəmizin tarixi, mədəniyyəti, ölkə və dünya qarşısında böyük xidmətləri olan ziyalıları, bir sözlə Azərbaycan həqiqətləri dünyaya tanıdılsın. Lakin…

Lakin Azərbaycan vikipediyası bir qrup anti-azərbaycan təxəyyüllü əksəriyyəti Avropada yaşayan insanların inhisarındadır. Bu xaricdən maliyyələşən insanlar Azərbaycanın tanınmış ziyalılarının səhifələrini kütləvi şəkildə silirlər. Halbuki bu səhifə sahibinə hörmətsizlik, müəlliflik hüquqlarına ziddir.

Halbuki Vikipediya istifadəşiləri məqalələrdə yalnız texniki səhvlərin düzəlişini apara bilərlər. Vikipediya idarəçilərinə müstəsna hallarda, Vikipediyada heç bir məzmun və əhəmiyyət kəsb etməyən məqalələrin silinməsinə icazə verilir. Bu bütün dünyada belədir.

O zaman sual olunur Azərbaycan Vikipediyasında bu fərqli baxış nədən qaynaqlanır? Nədən Azərbaycan Dövlətini sağdan, soldan, yuxarıdan, aşağıdan və hətta öz içərisindən zərbələrə məruz qoyaraq, Dövləti sarsıtmağa çalışırlar?

Avropa yaxın illərdə Azərbaycanın görkəmli Dövlət Xadimlərinə, Hökumət rəhbərlərinə, tanınmış ziyalılarına qaşı söyüş texnologiyasından istifadə etdi, lakin Hökumət üzvləri dözüm və səbr nümayiş etdirərək bu texnologiyanı iflasa uğratdılar.

Əlbəttə səbəbsiz yerə insanları söyüb təhqir etmək, sadəcə əxlaqsızlıq və mənəviyyatsızlıqdır. O zaman mən bir ziyalı kimi öz mövqeyimi bu cür ortalığa qoydum, çünki, söyüş və təhqirləri söz və ifadə azadlığ kimi düşünənlərin hərəkətləri siyasi fahişəlikdən başqa bir şey deyildi.

Bundan sonra Qarabağdan olan məcburi köçkünlər söyüş hədəfi oldular.

İndi isə Vikipediya məsələsi. Bunlar arasında bir bağlılıq ola bilirmi?

Azərbaycanda Vikipediya “məzarlığına” kimlər göndərilir?

Bir qayda olaraq, Qarabağla bağlı tədqiqat aparan elm adamlarının, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, elm adamlarının, şairlərin, Qarabağ müharibəsi veteranlarının, müstəqil tədqiqatçıların və jurnalistlərin və s.

Tək 2020-ci ildə silinən səhifələrə nəzər salsaq bu sayın nə qədər böyük və acnacaqlı olduğunun şahidi olarıq.

Mən bir daha qeyd edirəm, Azərbaycanın tanınmış ziyalılarının, elm adamlarının səhifələrini kütləvi şəkildə silinməsi, bu səhifə sahibinə hörmətsizlik, müəlliflik hüquqlarına və Vikipediyanın qəbul edilmiş qaydalarına ziddir.

Bu eyni zamanda Azərbaycan mədəniyyətinin təbliğinə ciddi zərbə vurur, Azərbaycan vikipediyasını məzmunsuzlaşdırır. Bu fəaliyyətin həyata keçirilməsini isə Avropalı donorların vəsaiti hesabına xaricdə və Azərbaycanda yaşayan vikipediyaçılar həyata keçirirlər. Dünyada insan hüquqlarına “dəstək” verən Avropanın uydurduğu insan hüquqları budurmu?

Necə ola bilirki, bir qrup insan digər bir qrupun hüquqlarını pozması “qanunauyğun” hesab edilir? Bəlkədə bəziləri üçün bu adi bir məsələdir. Lakin mənim də Vikipediya səhifəm dağıdıldıqdan sonra, apardığım kiçik bir araşdırma göstərdiki onların fəaliyyətlərinin hədəfi ayrı-ayrı fərdlər deyil, Azərbaycan Dövlətinin təməlinin sarsıdılmasına yönəlmiş fəaliyyətdir. Bu yaxınlarda mənim də Vikipediya səhifəm heç bir xəbərdarlıq edilmədən “vikipediya məzarlığı”na göndərildi. Səhifənin silinməsinə səbəb məqalənin qeyri-ensklopedik olması göstərilir. Lakin 6 nəfərin (?) müzakirəsizamanı öz nümayəndələrinin birinin verdiyi maraqlı bu sual cavabsız qalıb: – “hörmətli Toghrul Rahimli nəyə görə şəxsin ensklopedik olmadığını söyləyirsiniz?”

Vikipediya ensklopediyasının yüzminlərlə istifadəçisinin və idarəçisinin olduğu halda mənim məqaləmin cəmi 4 nəfərin təkidi ilə silinməsi, bu işin sifarişli olduğunu göstərir.

Sonda belə bir qənaətə gəlmək olur ki, Azərbaycanın tanınmış ziyalılarının, elm adamlarının səhifələrini kütləvi şəkildə “Vikipediya məzarlığı”na gındərilməsi məqsədli şəkildə xüsusi sifarışlər əsasında həyata keçirilir. O zaman boş qalan yerlər hansı məlumatlarla doldurulir?

Azərbaycan Vikipediyası erməni terrorçularını təbliğ edir. Nə qədər qəribə səslənsədə deməliyəm ki Azərbaycan Vikipediyası erməni terrorçularını təbliğ edir. Beləki, birinci Qarabağ müharibəsi dövrü azərbaycanlı əsirləri zorlamaqda onlara işgəncə verməkdə fərqlənən erməni döyüşçülərinə azərbaycan dilində səhifələr yaradır, onlara qarşı rəğbət hissi cəmiyyətə təbliğ edilir.

Gələcəkdə Azərbaycanda böyüyən nəsil bu terrorçuları nə qədər humanist, öz torpaqları uğurunda döyüşmüş insanlar kimi xatırlayacaq və öz babalarına nifrət hissi ilə yaşayacaqlar.

Avropa layihəçiləri 50 – 100 il öncəyə hesabladıqları bu təbliğatı təsüf ki azərbaycanlı gənclərin əli ilə həyata keçirir və Azərebaycan Dövlətinin təhlükəsizliyinə təhdid yadırlar.

Mən bu mövzu ilə bağlı xeyli vaxtdır Facebook adlı sosial şəbəkədə müzakirələr aparıram. Vikipediyadakı ermənilərin səhifələrində tələsik bəzi düzəlişlər aparılsada əsl cinayət yerində qalır. Beləki izləri tamam itirə bilmirlər. Məsələn Norat Ter-Qriqoryants, Jirayer Səfiyanın tərcümeyi halları silinsədə səhifələri yaşamaqda davam edir.

https://az.wikipedia.org/wiki/Norat_Ter-Qriqoryants , https://az.wikipedia.org/wiki/Jirayr_Səfilyan

Azərbaycanın içərilərinə qədər gələn düşmən təbliğatı, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmağa, Azərbaycan Dövlətinin əsalarını sarsıtmağa xidmət edir. Bu fəaliyyətə cəlb edilənlər azərbaycanlılar arasından seçilən qurbanlıqlardır. Bunu dərk etmək üçün bəlkədə bu sitatlarla tanış olmaq kifayət edər:

Şahin Zinuvari Meğriyan
Bu adamın səhifəsinə — Ermənistan terrorçusu ifadəsi yazsalarda, “O, Şaumyan qartalı (erm. Շահումյանի արծիվ, translit. Shahumiani Ardziv) ləqəbi ilə tanınırdı. 24 oktyabr 2014-cü ildə DQR milli qəhrəmanı adına layiq görülmüşdür” cümləsini pozmağa macal tapmayıblar və ya pozmağı lazım bilməyiblər.

Lakin tələsik əlavə edilən Ermənistan terrorçusu sözləri nəyi ifadə etdiyi anlaşılmır.

Kristapor İvanyan( Քրիստափոր Իվանյանի,) — Sovet və Ermənistan hərbi generalı. O, həm İkinci dünya müharibəsində, həm də Qarabağ müharibəsində iştirak etmiş və qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun yaradıcılarından biridir.
Qondarma sözü sonradan əlavə edilmişdir. https://az.wikipedia.org/wiki/Kristapor_İvanyan

Arkadi Ter-Tadevosyan( Արկադի Տեր–Թադևոսյան, rus. Аркадий Тер-Тадевосян; 22 may 1939, Tbilisi) — 1990-cı illərdə Ter-Tadevosyan Sovet Azərbaycanının sərhədlərini əhatə edən erməni kəndlərini müdafiədə iştirak etmişdir. Sasuntsi Davit dəstəsinə qoşunları Azərbaycanlı hərbçilər tərəfindən atılan müntəzəm hücumlardan müdafiə etmək üçün qoşulub.
Yazının məzmunundan belə çıxır ki, bu hərbi cani Qarabağa humanist məqsədlər üçün gəlib.

Manvel Sektori Qriqoryan — Ermənistanhərbçisi, siyasətçisi, general-leytenantı (2000), YKİ-nin sədri (1999–2018), Dağlıq Qarabağ Respublikası Ali Sovetinin deputatı (1992–1996), Ermənistan Milli Məclisinin deputatı (2012–2018), Qarabağ müharibəsi iştirakçısı, müharibə cinayətkarı. 16 iyun 2018-ci ildə, Üçkilsədəki evində Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmişdir.
Mövzuya sonradan əlavə edilmiş “müharibə cinayətkarı” ifadəsi anlaşılmır– bu adamın hansı müharibədə cinayət törətməsi sual yaradır. Eyni zamanda bu adamın həbsi ilə əlaqədar Ermənistanın adı çəkilmir.

Nazik Amiryan(tam adı: Nazik Hovanessi Amiryan, Նազիկ Հովհաննեսի Ամիրյան; 14 mart 1967, İrəvan) — Qarabağ müharibəsi iştirakçısı, Ermənistan Silahlı Qüvvələri polkovniki (1999), Ermənistan Arxivləşdirmə Federasiyanın Prezidenti (1999-cu ildən). O, Manvel Qriqoryanın həyat yoldaşıdır.
Samvel Babayan( Սամվել Բաբայան, 5 mart 1965, Xankəndi, DQMV, SSRİ) — Dağlıq Qarabağ Müdafiə Ordusunun 1994–2000-ci illər arasında baş komandanı və Daşnaksütyun partiyasına bağlı olan Daşink partiyasının Dağlıq Qarabağ Respublikasındakı nümayəndəsi. “Syamo” ləqəbi ilə tanınır.
Artur Qaqikoviç Vanetsyan( Արթուր Գագիկի Վանեցյան, 8 dekabr 1979, İrəvan) — Ermənistan dövlət siyasi xadimi, general-mayor, 10 may 2018-ci il tarixindən 16 sentyabr 2019-cu il tarixinədək Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru, 22 sentyabr 2018-ci ildən Ermənistan Futbol Federasiyasının prezidenti.
Azərbaycan Vikipediyaçıları seperatçı qurumun hətta Orduya malik olduqlarını təbliğ etməklə “Artsax”ı müstəqil bir dövlət qurumu olduğu təsəvvürü yatmağa çalışırlar.

Bundan başqa;

Dağlıq Qarabağ Respublikası
Aprel döyüşlərində həlak olan Ermənistan döyüşçüləri,
Ermənistan tərəfindən Qarabağ müharibəsi iştirakçıları ,
Ermənistan hərbçiləri .
Dağlıq Qarabağ Müdafiə Ordusu, və digər kateqoriyalarda yaradılan onlarla səhifələrin
məzmunları Azərbaycanın Dövlət siyasəti ilə ziddiyyət təşkil edir. Tarixi yazılarda ciddi təhriflərə yol verilir. Bəs nədən Azərbaycanın müvafiq Dövlət orqanları tərəfindənnəzarət edilmir? Bu suala cavab axtararkən belə bir cavabla kifayətlənməli oldum: “Azərbaycanca Vikipediyanın Azərbaycan dövlətinə heç bir aidiyyəti yoxdur”. (?)

Maraqlı cavabdır. Azərbaycan dövlətinə heç bir aidiyyəti olmayan Vikipediya ensklopediyasına, Azərbaycan cəmiyyəti niyə cavabdehlik daşımasınki?

Bəs o zaman Azərbaycan Milli Elmlər Akademiyasının Kitabxanasında hər il onlarla vikipediyaçıların hazırlanması kimə lazımdır? Axı vikipediya hazırlığına cəlb edilən gənclərə vaxt sərf edilir, təlimlər keçilir. Bəs onda nədən bu adamlar bu məqalələri redaktə etmirlər, Azərbaycan əleyhinə tərtib edilən səhifələrin silinməsinə cəhdlər göstərilmir? Vikipediyadakı anti-azərbaycan meyllər aşkar edilib ictimailəşdirilmir? Niyə?

Bu sualın iki cavabı var:

Ya bu adamlar məsuliyyət hissini itiriblər.
Ya da bu adamlara Avropanın bu tipli layihələrindən qrant payı göndərilir.
Güman edirəm ki ikinci cavab daha uyğun yanaşmadır.

Rəy yazın