
Doğum günü təbriklərim məni doğulduğum və xatirəmdə kədərlə həkk olunmuş doğma yurdum İrəvanı canlandırdı!!!
Bura İRƏvan şəhəridi! Yaxşi baxin, başi bəlali yurdum son dövrlərin aktual mövzusuna cevrilib.
Doğulduğum şəhər, dünyaya göz açdiğim bir yer. Mənə doğmadr, əzizdir əlçatmaz olduğu üçün həmdə ağrilidir!
Müasir Ermənistanin paytaxti, əski, qədim Türk şəhəri. Məhz bu gün mən bu səhərdə doğulmusam.
Şəhər Ağri vadisinin şimalinda, Zəngi çayinin sahilində və dəniz səviyyəsindən 1300 metr yüksəklikdə salinib.
Şəhər eramizdan əvvəl 782-ci ildə Urartu hökmdari Argisti tərəfindən Erebanu qalasinin ətraflarinda salinib. Tarixin müəyyən dönəmlərində Sasani Xanədaninin, Ərəb Xilafətinin, Eldənizlər, Ağqoyunlu və Qaraqoyunlu dövlətinin tərkibində olub. Əsgi Türk toplumunun məsgən saldiqi yer!
Lakin 1826-1828 Rus Qacar muharibəsində 1827- ci ilin oktyabr ayinin birində General Paskeviç tərəfindən işğal olunub və Türkmənçay müqaviləsinə əsasən (1828.02.10) Çar Rusiyasinin tərkibinə daxil olub!
1849-cu il iyununda isə İrəvan quberniyasi yaradilaraq həmən inzibati mərkəzin daxilinə keçirilmişdir.
Həmən dövrlər 10 minlik əhalisi olan İrəvan şəhərinin əhalisinin 70 faizi türklərdən ibarət olub. Bizə qarşı regionda aparılan etnik siyasət nəticəsində tarixin müəyyən dövrlərində İrəvanda yaşyan Azərbaycan türklərinə qarşı soyqırım siyasıti həyata keçirildi. Əhalinin say rəqəmləri deyiçdirildi həmi siyasətin nəticəsi olaraq 1989-cu ildə son olaraq, 1milyon əhalisi olan şəhərdə bir nəfərdə olsa Türk qalmadı! Bu siyasət məqsəd yönümlü çəkildə aparilmiş və regionda Türk toplumunu sixişdirmağa yönəlmişdır! həmin vaxt minlərlə soydaşımız kimi bizdə ailəlikcə zor gücünə vətənimizdən çıxarıldıq. 4 yaşim olarkən bu etnik təmizləmə siyasətinin qurbani olan minlərlə uşaqda biri də mən oldum.
300 mine yaxin Azərbaycan türkü olan soydaşımız öz dədə baba yurdundan didərgin salindi!
Ermənistan dövlətinin hərəkətləri Rusiyanın himayəsi ilə həyata keçirildi. Erməni vəhşiliyi bununla da bitmədi. Növbəti mərhələdə Qarabağ və ətraf 7 rayon bu soyqırım siyasəti nəticəsində isğala məruz qaldi...
Məhz 1918-ci ilin May ayının 29 da bu sşhər məcburiyyətdən X Xasmmədov və Seyxislamovun dediyinə görə qacilmaz bəla olaraq, bədbəxt zərurət nəticəsində Ermənilərə güzəştə gedilmişdir. Çünki həmin vaxt Demokratik Azərbaycan Respublikasının dövlət rəhbərlərinə güclü təzyiq və Azərbaycana təhdid var idi. Həm də Aleksandropol türklər tərəfindən tutulduqdan sonra İrəvan verilməklə ermənilərin bizim digər ərazilerimizə iddialarindan əl çəkəcəkləri haqda rəsmi iltizam alinmışdır. Əslində müstəqil dövlətimizin yaradılması üçün həmin dövrun qaçılmaz realliqlari nəzərə alinmişdir
Tiflisdə elan edilmiş, 1918-ci ilin iyun ayının 17 de Gəncəyə kocmüş dövlətimizin paytaxtı Baki erməni daşnaqları və rus birləşmələrinin işğalı altinda idi. Milli suranin atacaği basqa addim, gedə biləcəyi bir yol qalmamişdir!
Tarixə bəzən indiki deyil, həmin dövrün prizmasindan baxmaq daha doğru olardı.
Sonda biz ne vaxta kimi? Müasir erməni şəhəri, qədim Türk vətəni olan İrəvanın şəkillərinin paylanmasına baxacağıq?
Biz nə vaxta qədər işğal altında qalan cəhhət qarabağın tarixinin məhvinə İrəvan kimi unudulmasına biganə qalacağıq.?
Dəyərli vətən övladları sizcə, bu dəhşətə dur deməyin vaxti deyilmi!???
ATESH,AZ saytı və bütün dostlarımız Qalib bəyin doğum günün təbrik edirik.
Rəy yazın