
ATESH,AZ saytı məlumatına görə
Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın Ermənistan orsunun işğalından azad edilməsinə qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən Fransanın Dövlət Başçısı Emanuel Makrona Azərbaycan qadınlarının etiraz
B Ə Y A N A T I!!!
Bakı şəhəri 06 Oktyabr 2020-ci il
Hörmətli Emanuel Makron!
Sizə bidiririk ki, Azərbaycanın çox ciddi problemi 30 ildir işğlada qalan Qarabağın işğadan azad edlməsidir. Bu problemin həll edilməsi üçün bütün dünyaya müraciət etdərək səsimizi çatdırmaq istədik. Səsimzi duydunuz, duymazdan gəldiniz. Faciəmizi gördünüz, görməzdən gəldiniz. Dünyanın böyük gücləri olaraq sizlər erməniləri Xristian aləminin ərköyün uşağına çevirdiniz.
1918-ci ildə Azərbaycanı parçalamaq üçün 230 ilə yaxın bir dövrdən bəri Qarabağa məcburən köçürülmüş erməniləri əldə alət edərək Türkiyə Azərbaycan arasında buffer dövlət yaradıldı. Həmin vaxtdan etibarən Azərbaycan əraziləri zaman-zaman parçalanaraq ermənilərə verildi. Azərbaycan ərazilərinin böyük bir hissəsi faktiki olaraq işğal edildi. 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz hissəsi Qarabağ ermənilərin tərəfdarlarının vasitəsi ilə işğal edilərək ermənilərə verildi. Həmin vaxtdan müxtəlif ölkələrdən ermənilər beynəlxalq qanunlar pozularaq, Azərbaycan dövlətinin icazəsi olmadan, ərazilərimizdə yerləşdirilərək Qarabağı terror yuvasına və narkotik istehsal edən ölüm maşınına çeviriblər. Bu gündə həmin işğal davam etməkdədir. Min illər Qarabağda yaşayan yüz minlərlə soydaşımız yurd, yuvalarından silah gücünə qovuldu. Əvvəli münaqişə kimi başlayan, sonrası müharibəyə çevrilən Qarabağ probleminin həll edilməsi məqsədi ilə yaradılmış ATƏT-in Minsk qrupu ikili standartlarla yanaşdığı üçün öz işinin öhdəsindən gəlmək istəmədi. Nəticədə 30000 nəfərə yaxın soydaşımız Ermənistan ordusu tərəfindən qətl edildi.
ATƏT-in Minsk qrupunun üzvü kimi Fransa həmişə ədalətsilik nümayiş etdirərək birtərəfli şəkildə Ermənistanı müdafiə edib. Əslində Fransa özünü “demokratiyanın” beşiyi sayır. Məgər demokrtaiyanın ən vacib prinsipi insan haqlarının qorunması deyilmi? Demoktayinanın insan haqları prinsipini ermənilər heçə sayaraq Azərbaycan əhalisinin hüquqlarını bütün parametrlərdə pozduğunu bu dünya görür. Azərbaycan əhalisinin bütün hüquqları Ermənistan tərəfindən kütləvi şəkildə pozulduğu halda “demokratiya carçıları” insan haqlarını qorumadılar. 1988-ci ildən başlayaraq Azərbaycan əraziləri Ermənistanın və himayəçilərinin tərəfindən yenidən işğal edilməyə başladı. Yüz minlərlə insanımızın evi dağıdıldı, yurdu viran oldu.
Tarix mədəniyyət abidələri bəşəri təkamülün inkişafını əks etsdirir. Erməni vandallar Qarabağda Azərbaycan xalqına və eləcədə bəşəriyyətə məxsus tarix mədəniyyət abidələrimizi məhv etdilər. Özünü demokratiya insan haqları carçısı hesab edən Fransa heç vaxt öz qəti və ədalətli mövqeyini bildirmədi. Qarabağın ermənilərə hədiyyə edilməsinə xidmət edən 30 illik atəşkəsin Azərbaycan üçün qəbuledilməz olduğunu xalqımız və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib. ATƏT-in Minsk qrupunun həmsədrlərindən dəfələrlə xahiş etdiyimizə baxmayaraq ermənilərin qarşısı alınmadı. Əksinə ATƏT-in Minsk qrupu Status kvonun saxlanması yolu ilə Qarabağın Azərbaycandan zor və hiylələrlə qoparılmasına çalışdı. Sizə bildirik ki, Azərbaycan xalqının, dövlətinin ayrıca Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birlikdə mübarizəsi ilə biz müqəddəs vətənimiz Qarabağımızı Ermənistan və tərəfdarlarının işğalından azad edəcəyik
Bizim coğrafiyamızda Ermənistan adlı daim yanan bir alov qurulub. Qərbi Azərbaycanda oyuncaq Ermənistan yaradaraq Türkiyə ilə Azərbaycanı ayırmaqla artıq 100 ildir Naxçıvanı mühasirəyə salanların ucbatından bu gün Azərbaycan çox gərgin günlər yaşayır. Bu çətin zamanımızda həmin düşmənlər eyni çirkin siyasətlərini davam etdirməklə Türk Dünyasının məhvi üçün olan planlarını yürüdürlər. Biz artıq dostumuzla düşmənimizi ayırd etdik. Bu günlərimizdə Azərbaycanımıza mənəvi dəstək verilməsi bizim üçün çox vacibdir.
Qarabağ Azərbaycan xalqı üçün sadəcə bir ərazi vahidi deyil. Qarabağ bizim üçün müqəddəs vətəndir.
Dünyanın Azərbaycan ərazisi kimi tanıdığı, qəbul etdiyi Qarabağı 30 ildir Rusiya və Ermənistan birləşmiş orduları tərəfindən işğal edib. Fransa və digər ədalətsiz ölkələr, məxsusi olaraq ATƏT-in Minsk qrupu Azərbaycan ərazilərinin düşmən işğalından azad edilməsinə həmişə maniyə yaradıblar.
Qarabağın iğaldan azad edilməsində ədalətli mövqe nümayiş etdirən ölkələrə öz təşəkkürümzü bildirməklə, Azərbaycanın haqq işinə qarşı çıxan ölkələrədə öz sözümüzü çatdıraraq bildiririk ki, xalqımız Prezidentimizlə birlikdə Müqəddəs Vətənimiz Qarabağın bir qarış ərazisinində Ermənistan ordusunun işğalında qalmasına imkan verməyəcəyik.
Biz Azərbaycan qadınları olaraq, əsgər anaları olaraq Azərbaycanın haqq işində maniyə törədən Fransaya qəti etiraz edirik. Qoy Fransa eləcədə Fransa kimi davranan ölkələr bilsinlər ki, son nəfərimizə qədər şəhid olsaq belə Müqəddəs Vətənimiz Qarabağı düşmən işğalından azad edəcəyik. Buna əmin ola bilərsiniz! Qarabağın Ermənistanın işğalından azad etməyimizə qarşı olan bütün dövlətləri qətiyyətlə qinayırıq. Özünü demokratiya carçısı sayan Fransanın da ədalətsizlərin sırasında olması bizi təəsüfləndirir. Biz fransız xalqına hörmət və ehtiramla yanaşırıq. Öz xalqımızı və millətimizi isə çox sevirək bildiririk ki, biz xalq olaraq, əsgər anaları olaraq dövlətimizin, Prezidentimizin yanındayıq. Məqsədimiz dövlətçiliyimizi qorumaq, ərazi bütövlüyümzü təmin emək, bir mənalı, heç bir şərt qəbul etmədən Qarabağı Ermənistan ordusunun işğalından azad etməkdir.
Məqsədimizə nail olmaq üçün ölümdən belə çəkinmirik. Bunu unutmayın!!!
Hörmətlə:
AZƏRBAYCAN QADINLARI!
ATESH,AZ
Rəy yazın