Reklam

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin İdarə heyyətinin çağırışı!!

Reklam

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin İdarə heyyətinin çağrışı!!!
Dəyərli QHT rəhbərləri, əziz həmkarlarım, sevimli xalqım!
Bu gün vətənin bütün varlığı ilə savaşdığı bir gündür. Bu gün dünya azərbaycanlılarının birliyinin ən gözəl nümayiş olunduğu zamandır. Bu məsələlərdə QHT rəhbərlərinində çox böyük xidmətləri var. Özünü oda yaxanlarımız çoxdur. Bu bizim savaş meydanında, vətən qarşısında xidmətimizdir. Lakin Amerikada və İsveçdə baş verən erməni terroruna bizlər niyə susduğumuzu anlamıram.. Niyə bizlər birlikdə Amerika səfirliyinə, BMT və digər qurumlara bəyanat vermirik. Axi bizim soydaşlarımız yaralanıb, axi bizim qadınımız yaralanıb , axi bzim jurnalistimiz, sözümüzü deyənimiz yaralanıb. Niyə susuruq?. Kim bizə diktə etməlidir, niyə dövlətin yanında olmağın bütün yollarından istifadə etmirik? . Qarabağ Azərbaycanın baş tacı, ürəyidir, qürurudur. Parçalanmış ürəyimizi, sındırılmiş qürurumuzu özümüz xilas etməliyik. Müharibə veteranı qadınlar olaraq hesab edirik ki, dövlətlə bərabər bizlərdə son günlər Avropada, Amerikada baş verən erməni terrorlarına öz narazılığımızı ifadə etməliyik. Azərbaycan Respublikasının Prezidenti üçün xalqın fikirlərini ifadə edə biləcək ictimai mühit yaradılmalıdır. Azərbaycan cəmiyyətinin fəallığında QHT-lərin xidmətini heç kim dana bilməz, heç kim bu xidmətə kölgə sala bilməz. Lakin xahiş edirəm tale yüklü məsələlərdə fəallıq göstərək.
Sayqı və sevgilərimizlə Müharibə veteranı qadınlar!!!.

Rəy yazın