Reklam

ORDUM VARSA YURDUM VAR!!! Qadinlarımızın Qurban Bayramı təbriki...

Reklam

MVQSYİB-nin sədri Radə Abbas ATESH,Az saytına müsahibəsində bildirib.
Azərbaycan Ordusunda xidmət edən zabitlərimizin və əsgərlərimizin Qurban Bayramını müharibə veteran qadınlarımız adından təbrik edirəm! Onlara can sağlığı, uzun ömür, həyatlarının hər bir sahəsində vətən naminə xidmətlərində qalibiyyət arzulayıram.
Müqəddəs Qurban Bayramı münasibəti ilə çox qurbanlar kəsildi. Allan hamının qurbanını qəbul eyləsin. Heç bir dinə bağlı olmayan, çox qədim kökləri olan Qurban Bayramı münasibəti ilə xalqımızı təbrik edirik. Biz düşünürük ki, atdığımız hər addımda ordumuza, yurdumuza Milli varlığımıza, kimliyimizə xidmət etməliyik. Xalqa, vətənə xidmət insana şərəf gətirər. Müharibə veteran qadınlarımız orduda olan xidmətdən cismən ayrılsalarda ruhən orduda xidmətdədirlər. Orduya xidmət vətəndaş olaraq ŞƏRƏFİMİZDİR! Elə buna görədə təşkilat olaraq vaxtaşırı hərbi-hissələrdə olur əsgərləimizlə görüşür, əsgərlərimizdə vətənpərvərlik ruhunun yaxşılaşması üçün çalşırıq. Bu gün Qurban Bayramı günüdə də belə oldu.
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədr müavini, müharibə veteranı Kəmalə Nağıyeva Gədəbəydə ən ön xətdə, N saylı hərbi hissədə səngərdə düşmənlə üz-üzə dayanan əsgərlərimizin yanında olub. Təşkilatımızın salamlarını əsgərlərimuizə çatdırıb. DÖYÜŞƏN əsgərlərimizin qarşısında qurban kəsib, müharibə veteranı qadınlarımız adından öz əlləri ilə bişirib əsgər övladlarımızı yedirib. Əsgərlərimizdə bayram əhval-ruhuyyəsi yaradıb. Eyni zamanda Kəmalə xanım əsgərlərimizin xidmət etdikləri hərbi-hissənin kazamasında olan şəritləri ilə maraqlanıb. Əsgərlərimizin gündəlik həyat tərzinin təşkili, onlara göstərilən qayğı, ərzaq təminatı, hamam, su və digər xidmət sahələrinin vəziyyəti ilə tanış olub. Müharibə veteran Kəmalə Nağıyeva 1992-ci il və daha sonrakı zamanalarala müqayisə edilə bilməyəcək qədər yüksək keyfiyyətli xidmətin olduğnu bildirməklə yanaşı yenidən orduda xidmətə qayıtmaq istəyinidə bildirdi. Bizlər müharibə veteran qadınlar olaraq hər birimiz ordumuzun yanındayıq. Azərbaycan Ordusunun belə gözəl zamanında, vənənə xidmətin belə vacib zamanında yenidən orduda xidmətə qayıtmaq arzusundayıq.
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi sədrinin müavini, eyni zamanda təşkilatın Xətai rayon şöbəsinin rəhbəri, müharibə veteranı, Qarabağ əlili, Kəmalə Nağıyevaya bizim könül sevdamızı əsgərlərimizə çardırdığı üçün təşkilatımız adından təşəkkürümüzü bildidirik. Ordumuzun çox yaxın zamandakı qalibiyyətinin naminə, Ermənistan və Rusiya ordusu tərəfindən işğal edilmiş vətənimizin işğaldan azad edilməsi münasibəti ilə qurbanlar kəsməyi niyyət edirik. Təki düşmən məğlub olsun.
Uca tanrım ordumuzun gücünü artırsin!!!
ATESH,AZ

Rəy yazın